Haqqımızda 🧸

Teddy English ailəsi ilə tanış olun

Teddy English necə yarandı?

Teddy English 6-15 yaşlı uşaqlar və yeniyetmələr üçün ingilis dilini daha rahat, maraqlı və effektiv şəkildə öyrətmək məqsədilə yaradılıb. Sürətli nəticə üçün həm maraqlı dərs formatı, həm də düzgün qurulmuş proqram vacibdir. Buna görə proqramımızı yaşa uyğun qruplar, interaktiv dərslər və canlı ünsiyyət əsasında qurmuşuq. Məqsədimiz övladınızın dili qorxmadan qəbul etməsi, sevərək öyrənməsi və gələcək üçün güclü baza qurmasıdır.

Valideynlər bizi niyə seçir?

🎯

Kiçik qrup, fərdi diqqət

Bütün uşaqlar aktivdir, müəllim hər biri ilə dərindən məşğul olur.

🎮

Sevdirən dərs formatı

Oyun, mahnı və interaktiv tapşırıqlarla uşaqlar ingilis dilini təbii şəkildə mənimsəyirlər.

👥

Danışıq yönümlü yanaşma

Məqsəd uşağı qrammatika ilə yükləmək yox, dili rahat işlətməyə başlatmaqdır.

🗣️

Gözlə görünən inkişaf

Valideyn günlük və aylıq hesabat vasitəsilə övladının fəaliyyətindən məlumatlı olur.

Övladınızın gələcəyinə
bu gün investisiya edin!

Ödənişsiz sınaq dərsi ilə başlayın